Dünya

Nazarbayevin Təhlükəsizlik Şurasının ömürlük sədri statusu ləğv olundu

Nazarbayevin Təhlükəsizlik Şurasının ömürlük sədri statusu ləğv olundu

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasının ömürlük sədri statusu ləğv olunur.

Azpost.infobildirir ki, bununla bağlı qanuna dəyişikliyə parlamentin aşağı palatasının deputatları səs verib. Həmçinin Nazarbayev Qazaxıstan xalqları Assambleyasının ömürlük sədri postunu da itirir.

Parlamentdə bildirilir ki, qanuna dəyişikliyi vacib edən hazırkı prezident Tokayevin həmin postlara başçılıq etməsidir.

“Bu dəyişikliyi etmək zəruri idi. Nazarbayev bu barədə elan etmişdi”-deyə Kanat Nurov öz səhifəsində yazıb.

Qanuna edilən dəyişiklik baxılmaq üçün Senata göndərilib.

D
demokrat.az