Hadisə

İlham Əliyevdən bu qadınlara 8 Mart hədiyyəsi — SƏRƏNCAM

İlham Əliyevdən bu qadınlara 8 Mart hədiyyəsi — SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar müəllim”

Namazova Sevda Nadir qızı

Rüstəmova Məlahət Oruc qızı

Salmanova Larisa Parfenevna

“Əməkdar həkim”

Mirzəyeva Xatirə Əbdülrəhim qızı

“Əməkdar mədəniyyət işçisi”

Ələkbərova Nüşabə Nazir qızı”.

D
demokrat.az