Bakıda kişi qadını intim görüntüləri ilə şantaj etdi — Cinayət işi

KRİMİNAL 13 yan 2022, 15:17
Bakının Xəzər rayonunda qadını intim görüntüləri ilə şantaj edən Cəmşid Nəsibova cinayət işi açılıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib. 

Cəmşid Nəsibovun barəsində olan cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Tərlan Əkbərovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmədə sübuta yetirilsə, onu üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top