Son vaxtlar müxtəlif ərzaq məhsullarının qiymətindəki artım hansı amillərlə bağlıdır?

GÜNDƏM 30 dek 2021, 15:52
Qiymət artımı təkcə Azərbaycandamı baş verir?

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, dünya bazarlarında ərzaq məhsullarının qiymətləri onillik maksimuma çatıb. Bütün dünyada ərzaq məhsullarının bahalaşmasının nədən baş verməsini əsaslandırmaq üçün müxtəlif səbəblər irəli sürülür. Təbii ki, bu səbəblərin başında hələ də dünyada davam edən koronavirus pandemiyası dayanır.  

Dünyada real vəziyyət necədir?

▪️Almaniyada 2021-ci ilin noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən ərzaq qiymətləri 4,5% artıb. Taxıl 2020-ci ilin eyni ayı ilə müqayisədə 33% bahalaşıb.

▪️İspaniyada 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək aparılmış statistik hesablamalar nəticəsində dənli bitkilərin qiymətləri kəskin dəyişib. Belə ki, yumşaq taxıl 185 avro/tondan 255 avro/tona qədər, sərt taxıl 285 avro/tondan 420 avro/tona qədər, arpa 155 avro/tondan 230 avro/tona qədər; qarğıdalı isə 180 avro/tondan 275 avro/tonadək artıb.

▪️İsveçrə Konfederasiyasında 2021-ci ilin noyabr ayına olan illik inflyasiya səviyyəsi 1,5% təşkil edib, o cümlədən un və digər dənli bitkilər 0,9% bahalaşıb, çörək isə 0,6% ucuzlaşıb.

▪️Çin-in Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ilin noyabr ayında ölkədə istehlak qiymətləri illik ifadədə 2,3% artıb, o cümlədən taxıl 1,5% bahalaşıb.

▪️Səudiyyə Ərəbistanı Krallığında istehlak məhsullarından süd və süd məhsulları 17,31%, yerli dondurulmuş broyler məhsulları 16,07%, yerli ağ un 14,36%, qarğıdalı yağı 12,83%, bitki yağı 11,29%, mərcimək 11,47%, nar 14,69%, alma 12,36%, ispanaq isə 12,17% bahalaşıb.

▪️Kanadada kənd təsərrüfatı məhsullarının qiymət indeksi sentyabrda illik ifadədə xeyli dəyişib. Bitki əkinləri indeksi 127,8-dən 168,9-dək, taxıl indeksi 110,3-dən 166,6-dək, yağlı toxumlar indeksi isə 130,7-dən 182,4-dək artıb.

▪️Ukraynada 2021-ci ildə, xüsusən ilin ikinci yarısında yerli istehsal olan demək olar bütün məhsullara qiymətlər artıb. İlin natamam yekununa olan məlumata görə, ölkədə ümumi qiymət artımı 58,1% təşkil edib (2020-ci ildə artım 14,7% olub). Ölkədə ərzaq məhsullarından ət 15,3%, toyuq 29,4%, yerli bazarda əhəmiyyətli məhsul hesab olunan salo 23,6%, süd 10,1%, süd məhsulları 15,4%, çörək və un məhsulları 19%, yumurta 29,2%, şəkər 43,1%, bitki yağı 55,4% bahalaşıb.

Şərqi Avropada, Cənubi Amerikada da bahalaşma tendensiyası qeydı alınıb. Eyni vəziyyət MDB ölkələrində də hökm sürür (https://www.bizimyol.info/az/news/379936.html...).

Göründüyü qiymət artımı bütün dünyada müşahidə olunmaqdadır. 

Dünyanın bir parçası olan Azərbaycanda da ərzaq məhsullarında artım müşahidə olunmaqdadır. Ölkəmizdə müəyyən məhsullardakı artımın digər səbəbi mövsümi səbəblərlə bağılıdır və bu birinci dəfə deyil ki, baş verir. Bir sıra məhsullarda isə ötən illərlə müqayisədə elə bir ciddi fərq mövcud deyil. Bəzi məhsullarda müəyyən dövrlərdə qiymətin artması, bəzilərində isə enmələrin olmasının ayrı-ayrı səbəbləri barədə daha geniş danışmaq mümkündür...

Təəssüf doğuran odur ki, belə bir durumda əhalinin içərisində qiymət artımının təkcə Azərbaycanda olması kimi şayiələrlə narazılıq toxumu səpmək xətti götürülür. Dünyadakı real durum görməzdən gəlinir.

Bu gün Azərbaycan  hakimiyyətin atdığı addımlar, gerçəkləşdirilən sosial, iqtisadi islahatlar qaçılması mümkün olmayan qiymət artımının təsirlərinin azaltmağa hesablanıb. Son günlər əməkhaqları, təqaüd və müavinətlərin artırılması istiqamətində verilən Sərəncamların  kökündə Azərbaycan insanının sosial vəziyyətinin yüngülləşməsi faktoru dayanır.

Şəkilin açıqlaması yoxdur.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top