Ukrayna ali məktəblərinə qəbul olan Azərbaycan vətəndaşlarının sayı məlum oldu

SOSİAL 29 dek 2021, 12:24
2021-ci ildə Ukrayna ali məktəblərinə qəbul olan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukraynanın Elm və Təhsil Nazirliyindən "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu il ümumilikdə 1 247 Azərbaycan vətəndaşı ölkə ali təhsil ocaqlarında tələbə adını qazanıb.

Bunlar, Kiyev ilə yanaşı vilayət ali məktəblərini də əhatə edir. Son qəbul prosesi isə dekabr ayında baş tutub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top