Gürcüstan parlamentinə sədr seçildi — YENİLƏNİB

REGİON 29 dek 2021, 13:55
Şalva Papuaşvili X çağırış Gürcüstan parlamentinin sədri seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın növbədənkənar iclasında 88 deputat onun namizədliyini dəstəkləyib, 1-i əleyhinə səs verib.  

Ş.Papuaşvili hazırkı çağırış parlamentinin sayca üçüncü spikeri olub.

O, 2020-ci ilin oktyabrında parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının siyahısı üzrə deputat seçilib. 45 yaşlı siyasətçi bu ilin martından Təhsil və elm komitəsinə rəhbərlik edib.

Xatırladaq ki, sabiq sədr Kaxa Kuçava dekabrın 24-də vəzifəsini tərk edib.

***09:48

Gürcüstan parlamentinin bu gün keçiriləcək növbədənkənar iclasında yeni spiker seçiləcək.


“Report”un yerli bürosu xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının fraksiyası sədr postuna Şalva Papuaşvilinin namizədliyini irəli sürüb.

Spikerin seçilməsi üçün 76 deputatın səsi tələb olunur.

Qeyd edək ki, qanunverici orqanın keçmiş sədri Kaxa Kuçava dekabrın 24-də istefa verib. Ş.Papuaşvili X çağırış parlamentinin üçüncü spikeri olacaq. O, 2020-ci ilin oktyabrında deputat seçilib, bu ilin martından Təhsil və elm komitəsinin rəhbəridir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top