Dünya

Yunanıstanda miqrantları daşıyan qayıq batdı

Yunanıstanda miqrantları daşıyan qayıq batdı

Yunanıstanın Paros adasının sahillərində yelkənli qayığın qəzaya uğraması nəticəsində 16nəfər həlak olub.

Yerli sahil mühafizəsinin məlumatına görə, 63nəfər xilas edilib.

Ümumilikdə qayığın göyərtəsində 80-ə yaxın miqrant olub. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Bu, son bir həftədə 3-cü belə hadisədir. Bu müddət ərzində ümumilikdə 30mühacir həlak olub./oxu.az

D
demokrat.az