Su anbarından üç aylıq körpənin meyiti tapıldı

HADİSƏ 17 dek 2021, 10:01
Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb.

"Report"un Cənub Mərkəzinin xəbərinə görə, körpənin su quyusuna bir neçə gün əvvəl düşdüyü ehtimal edilir.

Amma hələlik hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top