Gürcüstan “altılıq formatı”nın iclasına qatılmayacaq

XARİCİ SİYASƏT 09 dek 2021, 15:26
Gürcüstan “3+3” regional platformasının ilk iclasında iştirak etməyəcək.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyinə istinadən “Pirveli arxi” telekanalı yayıb.

“Biz bu formatda iştirak etməyi düşünmürük və buna görə də, Gürcüstan dekabrın 10-u keçiriləcək iclasa qatılmayacaq”, - deyə nazirlik vurğulayıb. 

XİN rəsmi Tbilisinin artıq bir neçə dəfə bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

Qeyd edək ki, “altılıq platforması”nın (“3+3” formatı) ilk iclası sabah Moskva şəhərində baş tutacaq.

Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü ilə yaradılan “3+3 formatı” Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutan əməkdaşlıq platformasıdır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top