“Saakaşvilini yenidən həbsxanaya aparmaq onu öldürmək deməkdir” — Yasko

REGİON 05 dek 2021, 08:45
Ukrayna Radasının deputatı və Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko sabiq prezidentin yenidən həbsxanaya aparılmasının planlaşdırıldığını deyib.

Yasko bu barədə Qori xəstəxanasında sabiq prezidentlə görüşdən sonra məlumat verib.

O, deyib ki, Saakaşvilini yenidən həbsxanaya aparmaq onu öldürmək deməkdir:

"Çox təhlükəli xəbərlər yayılır ki, onlar Saakaşvilini yaxın həftələrdə yenidən cəzaçəkmə müəssisəsinə köçürmək istəyirlər. Bunu təsəvvür belə etmək istəmirəm, çünki bu onu öldürmək deməkdir. 50 günlük aclıq fonunda, belə bir vəziyyətdə bir insanın müalicəsi adətən iki dəfə çox vaxt tələb edir. O, çox zəifdir və buna görə də onun daimi nəzarətə ehtiyacı var”, - deyə Y. Yasko qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top