Minalanmış ərazilərin bütün xəritələrini təqdim etmək üçün Ermənistana əlavə təzyiq göstərilməlidir — XİN

SİYASƏT 02 dek 2021, 20:23
Ermənistan ərazilərin işğalından azad edilmiş minalanmış sahələrin bütün xəritələrini Azərbaycana təqdim etməyib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

"Bu, minalardan təmizləmə və bərpa prosesini xeyli ləngidir, həmçinin keçmiş köçkünlərin öz doğma yurdlarına qayıtmasına ciddi maneə yaradır", - Bayramov bildirib.

O vurğulayıb ki, hazırda Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir.

“Üçtərəfli bəyanat imzalanandan bəri Ermənistanın yerləşdirdiyi minaların partlaması nəticəsində bir neçə yüz Azərbaycan vətəndaşı, o cümlədən mülki şəxslər və jurnalistlər həlak olub və ya ağır yaralanıb”, - nazir bildirib.

O, əlavə edib ki, minalanmış ərazilərin bütün xəritələrini təqdim etmək üçün Ermənistana əlavə təzyiq göstərilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top