Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı — VİDEO

GÜNDƏM 01 dek 2021, 18:46
Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.


Bakupost.az xəbər verir ki, hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.

R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Rövşən əvvəllər "Space" və "Lider" Tv-də çalışıb.

Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.


Qeyd edək ki, Rövşən Cahangirov Müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top