Gündəm

İtaliyanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib

İtaliyanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib

İtaliyanın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə səfirlik öz "Twitter" səhifəsində bildirib.

Paylaşımda qeyd olunub: "İtaliya səfirliyi bu gün "Qaraheybət" poliqonunda Azərbaycan hərbi helikopterinin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verir".

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

D
demokrat.az