Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

GÜNDƏM 30 noy 2021, 20:42
Fransanın Azərbaycandakı səfiri Zakari Qross helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Bununla bağlı səfir "Twitter"də paylaşım edib.

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top