Övladının yanında arvadını öldürən ataya hökm oxundu

KRİMİNAL 25 noy 2021, 18:52

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, H. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. H. Məmmədov arvadına qısqanclıq zəminində 5 yaşlı övladının gözünün qarşısında bıçaqla zərbələr vurub.

Qadın xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub./“Kriminalqafqaz”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top