İrəvandan İstanbula birbaşa uçuşlar həyata keçiriləcək

REGİON 24 noy 2021, 18:28
Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin İstanbul şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, şirkət dekabrın 15-dən etibarən İstanbul da daxil olmaqla 7 istiqamət üzrə birbaşa uçuşlar təşkil edəcək.

Digər şəhərlər Moskva, Tehran, Lyon, Tel-Əviv, Krasnodar, Tbilisi və Kutaisidir.

Şirkətin yaydığı məlumata əsasən, bütün uçuşlar İrəvanda yerləşən “Zvartnoç” beynəlxalq hava limanından həyata keçiriləcək. Şirkət ilk reysi Moskva şəhərinə edəcək.

Biletlərin qiymətinə gəldikdə isə 6 istiqamət üzrə biletin dəyəri 39 avrodan başlayacaq. Lyona isə biletin dəyəri 44 avro olacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top