Bəzi tikinti materialları ucuzlaşdı

SOSİAL 22 noyabr 2021, 21:07

Oktyabr ayında Bakıda bir sıra tikinti materiallarının qiymətində ucuzlaşma qeydə alınıb.

Bu barədə  "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Ötən ay dəmir məmulatlarının qiymətində 2,17 faiz ucuzlaşma qeydə alınıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu məmulatların qiyməti 21,74 faiz bahalaşıb.

Taxta məmulatlarının qiymətində isə ucuzlaşma 4,35 faiz təşkil edib, illik müqayisədə isə 54,35 ucuzlaşma qeydə alınıb.

Daş məmulatlarının, dam örtüklərinin, sementin və qumun qiymətləri isə sabit qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top