“Rəsmi İrəvanın növbəti dəfə sarsıdıcı məğlubiyyətə uğraması qaçılmazdır”

GÜNDƏM 16 noy 2021, 20:33
Ermənistan hərbi-siyasi rəhbərliyinin  44 günlük müharibədən özləri üçün hələ də nəticə çıxarmayıblar”.

Bu barədə  erməni hərbçilərinin bugünkü təxribatlarından danışarkən hərbi ekspert  Ədalət Verdiyev bildirib.

 O qeyd edib ki, rəsmi İrəvanın növbəti dəfə sarsıdıcı məğlubiyyətə uğraması qaçılmazdır:

“Son məlumatlara görə erməni  tərəfin əsir olaraq 10 itkisi mövcuddur.  Yaralıların sayı isə ondan az deyil. Düşmən texnikalarının və tank əleyhinə vasitələrinin də sıradan çıxarıldığına dair rəsmi məlumatlar var . Yaxın saatlarda qarşı tərəfdən itkilərin daha çox olacağına  dair  məlumatlar alacağıq”.  (sherg.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top