2 doza “Sinovac” vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır

GÜNDƏM 14 noy 2021, 21:59

2 doza “Sinovac” peyvəndi vurduranlar hazırda peyvənd olunmamış hesab edilir.

Bu  iddia ilə çıxış edən türkiyəli mütəxəssislər insanda koronavirus əleyhinə 70-80 % immunitet yaratmaq üçün 2 doza “Sinovac” peyvəndinin yetərsiz olduğunu açıqlayıblar.

İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza “Sinovac” vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır:

“İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar” – deyə xəbərdarlıqda qeyd olunub. /bizim.media

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top