Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb

REGİON 14 noy 2021, 17:20

Gürcüstan parlamentinin Vahid Milli Hərəkat Partiyasından olan 9 deputatı ölkənin eks-prezidenti Mixeil Saakaşviliyə dəstək üçün aclıq aksiyasına başlayıb.

Bu barədə partiya liderlərindən biri David Kirkitadze xüsusi brifinqdə bildirib.

D.Kirkitadze bildirib ki, 45 gündür aclıq aksiyası keçirən Saakaşviliyə lazımi tibbi xidmət göstərilmir.

Aclıq aksiyası keçirən millət vəkilləri eks-prezidentin mülki klinikaya köçürülməsi tələbi irəli sürüblər.

Kirkitadzedən başqa, Akaki Minaşvili, Temur Canaşiya, Baçuki Kardava, Nika Maçutadze, Giorgi Qodabrelidze, Sulxan Sibaşvili, Levan Bejaşvili və Abdulla İsmayılov da aclıq aksiyasına başlayıblar./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top