İlham Əliyev Türk Şurasının Zirvə görüşündə çıxış etdi — YENİLƏNİB

XARİCİ SİYASƏT 12 noy 2021, 16:37
Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü işə başlayıb.

Demokrat.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünü açıq elan edib.

Sonra Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

***16:02

Türkiyədə Türkdilli dövlətlərin səkkizinci Zirvə görüşü başlayıb.


Demokrat.az xəbər verir ki, sammit İstanbulda keçirilir. 

Tədbirdə Azərbaycan Prezident İlham Əliyev də iştirak edir. Həmçinin Qazaxıstan Prezidenti Kasım Comərt Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, müşahidəçi ölkə Türkmənistanın dövlət rəhbəri Qurbanqulu Berdimuhamədov və müşahidəçi Macarıstanın baş naziri Viktor Orban da iştirakçılar sırasındadırlar.
 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top