Dünya Səyahət Bazarı sərgisində Azərbaycanın turizm imkanları təbliğ olundu

SƏNAYE VƏ ENERGETİKA 10 noy 2021, 15:00
8-9 noyabrda Azərbaycan Turizm Bürosu Dünya Səyahət Bazarı sərgisində (WTM London) iştirak edərək Azərbaycanın turizm imkanlarını nümayiş etdirib.

Bu il hibrit formatda – həm fiziki, həm də onlayn iştirakla keçirilən tədbirə Azərbaycan tərəfindən iştirak virtual qaydada olub.

Sərgi müddətində ABŞ, Brazilya, Kanada, Hindistan və Avropa dövlətlərindən olan turizm və media şirkətləri, eyni zamanda blogerlərlə ümumilikdə 40-a yaxın görüş keçirilib.

Azərbaycana səyahət etməyi planlaşdıran görüş iştirakçıları pandemiya dövründə ölkəmizə səfər edərkən daxilolma prosedurları və hotellərdə tətbiq olunan qaydalarla maraqlanıblar.

Bundan əlavə, onlara Azərbaycanda turizmlə bağlı son yeniliklər, dağ yürüşü marşrutları, quş müşahidəçiliyi turları, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri haqqında ətaflı məlumat verilib. 

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən Dünya Səyahət Bazarı sərgisində iştirak edir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 yan 2022, 14:34
Top