Laçın dəhlizinə Azərbaycan sərhədçisi nəzarət etməlidir— Hərbi ekspert

GÜNDƏM 09 noy 2021, 19:24

Ermənistanın müdafiə naziri general-mayor Arşak Karapetyan noyabrın 6-dan 8-nə kimi Qarabağda olub.

Alp.az xəbər verir ki, Arşak Karapetyan Qarabağa səfəri ərəfəsində İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyət eyforiyasından çıxa bilməyən  erməni “ordusu” ilə görüşərək onların mövcud döyüş hazırlıqları ilə maraqlanıb. Daha sonra erməni əsgərləri general mayor tərəfindən mükafatlandırılıb.

Maraqlıdır  Ermənistanın müdafiə naziri general-mayor Arşak Karapetyan Qarabağa necə gəlib. Bu barədə Alp.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Rusiya sülhməramlıları üçtərəfli bəyanətın tələblərini pozaraq Arşak Karapetyanı Qarabağa buraxıb. Məncə bunun qarşısını almalıyıq.

“Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə birgə Azərbaycan Sərhəd Qoşunları da nəzarət etməlidir. Bunun üçün nəzarət  keçid məntəqəsi yaradılmalıdır. Rusiya sülhməramlıları istənilən şəxsi Qarabağa buraxır. Bu onu deməyə əsas verir ki, ermənilər bu boşluqdan istifadə edərək Qarabağa yeni terroçu qruplaşmalar toplayır. Yəni hesab edirəm ki, Ermənistanın müdafiə nazirinin Qarabağa səfəri yeni müharibəyə hazırlıq məqsədi daşıyır. Müdafiə nazirinin Qarabağa qəfil səfəri Ermənistanın bu ərazidə yenidən gərginlik yaradacağı siqnalıdır.

10 noyabr 2020-ci il bəyanatından irəli gələn öhdəliklər nə Ermənistan nə də Rusiya tərəfindən icra olunmur. Müəmmalı olan isə generalın bu səfərə gəlməsinə və Laçın dəhlizini necə keçməsinə kimin icazə verməsidir. Rusiya sülhməramlıları bu dəfə də erməni məramlı olduğunu subut edir”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top