Politoloq: "Şuşadakı atəşfəşanlıq ermənilərin sərsəm bəyanatlarına..."

GÜNDƏM 09 noy 2021, 15:30
“Vətən müharibəsində ordumuzun qazandığı böyük qələbədə Şuşanın azad edilməsi Azərbaycan hərb tarixinin ən yaddaqalan şanlı səhifələrindəndir. Bu baxımdan da ilk Zəfər bayramının tarixi Şuşa şəhərində qeyd edilməsi və atəşfəşanlığın olması bir neçə aspektdən önəmlidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib. 



Politoloqun sözlərinə görə, bu atəşfəşanlıq Azərbaycanın iqtisadi, hərbi gücünün və mənəvi-psixoloji mətinliyinin göstəricisi idi: 

“8 noyabr bildiyimiz kimi, qəhrəman əsgərlərimizin Qala şəhəri olan Şuşaya daxil olduqları, yəni müqəddəs Şəhidlərimizin qanları bahasına azad olunduğu gündür. Həmçinin, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır. Bu əziz gündə dövlətimizin sevincini paylaşmaq və xalqımızı təbrik etmək üçün Türkiyə müdafiə naziri Hulusi Akar da Şuşaya gəldi. Ümumiyyətlə, Şuşadakı bayram tədbirləri, atəşfəşanlıq, ermənilərin sərsəm bəyanatlarına və Paşinyanın məlum kef məclisindəki rəqsinə, Şuşanın əsil sahiblərinin kim olduğunun nümayişi oldu. Qarabağda, xüsusən də Şuşada Vətənin keşiyində duran əsgərlərin iştirakı, zabitlərin dolğun çıxışları fonundakı atəşfəşanlıq Azərbaycanın iqtisadi və hərbi gücünün, mənəvi-psixoloji mətinliyinin göstəricisi oldu. Bu, atəşfəşanlıq Ermənistana və dünyaya dövlətimizin bütün bölgələrinin diqqət mərkəzində olduğunu bəyan etdi”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top