Ermənistanın keçmiş baş prokurorunun həbs müddəti 2 ay uzadılıb

REGİON 02 noy 2021, 22:34
Ermənistan İstintaq Komitəsinin sabiq sədri, keçmiş baş prokuror Aqvan Ovsepyanın həbs müddəti 2 ay uzadılıb.

"Report" bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.

Ovsepyanın vəkili Sasun Rafaelyan bildirib ki, qərardan Apellyasiya Məhkəməsinə şikayət ediləcək.

Qeyd edək ki, Ovsepyan 2004-2013-cü illərdə baş prokuror, o cümlədən 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olub.
O qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top