Qazaxda yoxlama: Toy sahibləri məsuliyyətə cəlb olundular

SOSİAL 31 okt 2021, 11:50
Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qazaxbəyli, Yuxarı Salahlı və Daş Salahlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil ediblər.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top