Ötən il 804 Ermənistan vətəndaşı Almaniyada oğurluq etdiyinə görə saxlanılıb

REGİON 30 okt 2021, 10:40
Almaniya ötən il 600-dən çox Ermənistan vətəndaşının yaşamaq icazəsini ləğv edərək ölkələrinə deportasiya edib.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniyanın Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2020-ci il ərzində 804 Ermənistan vətəndaşı oğurluq faktına görə saxlanılaraq məsuliyyətə cəlb olunub: “Onların əkəriyyəti konkret şikayət əsasında saxlanılıb. Saxlanılan şəxslərin 70 %-i ticarət obyektlərindən qiymətli əşyaları oğurlamaqda ittiham olunublar”.

Nazirlikdən bildirilib ki, ötən il Almaniyada ticrət mərkəzlərindən oğurluq edən 205 223 şəxs saxlanılıb. Onların 119 834-ü Almaniyanın, 85 389-u isə xarici ölkələrin vətəndaşlarıdır.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top