Alim Qasımov qızını niyə döyüb? — “Mənə dərs oldu“ (VİDEO)

MƏDƏNİYYƏT 26 okt 2021, 20:44
Xalq artisti Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova illər əvvəl atası ilə arasında baş verən mübahisədən danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan xanəndə atasının onu vədələşdiyi yerdə tapa bilmədiyi üçün döydüyünü bildirib:

“O vaxt biz hansısa səfərdə idik. Təxmini 20 yaşım vardı. Orada böyük bir park vardı. Mən atamla orada yürüyüşə çıxdıq. Biz gəzdik, mən sürətli gəzirdim. Atam dedi ki, get gəz sonra bu ağacın altında məni gözlə. Mən də gəzdim, gördüm atam yoxdur, o tərəfə, bu tərəfə baxdım. Ağacın altında gözləyəcəyimi unutdum, həyəcanlandım. Elə bildim atam məni unudub gedib, hava da artıq qaralırdı. Soruşa-soruşa otelə qayıtdım. Sən demə, parkda atam məni saatlarla axtarıbmış. Elə fikirləşib ki, yəqin qızımın başına nəsə iş gəlib. Mən də otelin qabağında əsə-əsə atamı gözləyirdim. Atam nə qədər mülayim olsa da, özünün cizgiləri var və onu keçmək olmaz, mənsə keçmişdim. Gələn kimi mənə bir-iki dənə vurdu ki, sən mənə nə qədər stress yaşatdın. Bir-iki gün mənimlə danışmadı. Bu hadisənin üsdündən çox illər keçib, amma mən o ağacın altından heç yerə getmərəm. Bu hadisə mənə dərs oldu”.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top