Arətsə Baxışovanın xatirəsi Türk Şurasının mediaforumunda anıldı — FOTO

MEDİA 23 okt 2021, 19:08
Şəhid xanım Arəstə Baxışova Türk Konseyi Medya Forumunda anılıb.

Demokrat.az xəbər verir ki, forumun bu gün keçirilən panellərindən birində II Qarabağ Müharibəsinin xanım şəhidi Arəstə Baxışovanın xatirəsi anılıb.

Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

O, Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Xatırladaq ki, oktyabrın 22-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumunda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan, habelə müşahidəçi ölkələr Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumlarının və özəl təşkilatların yüksəkvəzifəli şəxsləri, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb.

Forum oktyabrın 24-dək davam edəcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top