Livanda matəm elan edildi

DÜNYA 14 okt 2021, 21:35
Livan hökuməti paytaxt Beyrutda nümayişçilərə atəş açılması nəticəsində ölənlər üçün sabah bir günlük matəm elan edib.

Bu barədə Livan Dövlət Administrasiyası məlumat yayıb. Bildirilib ki, ölkə üzrə bütün qurumlar işləməyəcək.

Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərində nümayişçilərə odlu silahdan atəş açılıb. İnsident nəticəsində altı nəfər həlak olub, 60-dan çox insan yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top