Salyanda “Kəndlərdə idmanı inkişaf etdirək” adlı növbəti tədbir keçirildi — FOTO

İDMAN 14 okt 2021, 19:05
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonunda keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilib.

AFFA-nın və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonu Aşağı Kürkənd kənd tam orta məktəbin stadionunda keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Jalə Əhmədova, Arzu Nağıyev, Sabir Hacıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhidlərimizə Allahdan rəhmət diləyib və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırıblar. Bölgələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd ediblər. Tədbirin sonunda iştirak edən uşaqların hər birinə futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları hədiyyə olunub.
Açıklama yok.
Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top