Konqoda Ebola virusuna yeni yoluxma qeydə alındı


DÜNYA 09 okt 2021, 23:27
Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinin Beni şəhərində sonuncu epidemiya bitdikdən sonra ilk dəfə Ebola infeksiyasına yoluxma halı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Aktualite" nəşri məlumat yayıb.

Qeyd olunur ki, infeksiya təxminən 20 yaşlı kişidə aşkarlanıb. O artıq vəfat edib.

Paytaxt Kinşasanın mütəxəssisləri infeksiyaya yoluxmanı təsdiqləyiblər.

Xatırladaq ki, bu ilin martında Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində də Ebola qızdırmasına 11 yoluxma, o cümlədən 4 ölüm hadisəsi qeydə alınmışdı.

Qərbi Afrika ölkələrində 2014-2016-cı illərdə geniş yayılan və epidemiya halını alan Ebola qızdırması nəticəsində 11 mindən çox insan dünyasını dəyişib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top