YapiKredi Müraciət Forması
İdman

"Neftçi"nin yeni transferi və aparıcı legioneri zədələndi

Neftçinin yeni transferi və aparıcı legioneri zədələndi

"Neftçi" klubunun iki futbolçusu "Qəbələ"yə qarşı keçirilən yoldaşlıq matçında zədələnib.

Demokrat.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində Xorxe Korrea və Yusuf Laval görüşü davam etdirə bilməyiblər.

Agentinalı yeni transfer 15-ci, nigeriyalı yarımmüdafiəçi isə 33-cü dəqiqədə sıradan çıxıb. Korreanı Ramon Maçado, Lavalı isə Fəhmin Muradbəyli əvəzləyib.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab "Neftçi"nin xeyrinədir - 1:0. Yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Tiaqo Bezerra vurub.(report.az)

D
demokrat.az