Daha bir erməni hərbçinin cəsədi tapıldı

REGİON 06 okt 2021, 22:37
İşğaldan azad edilən Cəbrayıl rayonunda bu gün müharibə zamanı ölən erməni hərbçilərin cəsədlərinin axtarış işləri aparılıb.

Bu barədə erməni KİV-i yazıb.
 
Axtarış işləri zamanı daha bir erməni hərbçinin qalıqları tapılıb. Onun kimliyi məhkəmə-tibbi ekspertizası zamanı məlum olacaq.
 
Müharibədən sonra aparılan axtarış işləri zamanı tapılan erməni hərbçilərin sayı 1681-ə çatıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top