Azərbaycanda GMO-lu yem məhsullarına dair tələblər müəyyən edildi

SOSİAL 05 okt 2021, 10:40
Azərbaycanda genetik modifikasiya olunmuş yem məhsullarına dair tələblər müəyyən edilib.

Demokrat.az xəbər verir ki, bu, yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd olunub ki, Azərbaycan ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqredientlər olan yem məhsullarının emalına, dövriyyəsinə və onlardan istifadə olunmasına həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatda alındıqdan sonra icazə veriləcək.

Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən genetik modifikasiya olunan yem məhsulları, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsulları və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqredientlər olan yem məhsullarının emalı və dövriyyəsi qadağandır.

Genetik modifikasiya olunan yem məhsullarının qeydiyyata alınması üçün həmin məhsullar aşağıdakı tələblərə cavab verməlidir:

- insan həyatına və sağlamlığına, heyvan və bitki sağlamlığına və ətraf mühitə mənfi təsiri etməməli;

- istifadəçini çaşdırmamalı;

- heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.

Azərbaycan ərazisində genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının qanunsuz ilkin istehsalı, emalı və dövriyyəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top