Əlcəzair ilə Fransa arasında diplomatik QALMAQAL

DÜNYA 03 okt 2021, 11:57
Əlcəzairin Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Algerie Presse Service” agentliyi prezident administrasiyasına istinadən məlumat yayıb.

Əlcəzair hökuməti hansı səbəbdən belə bir addım atdığını açıqlamayıb, yalnız bununla əlaqədar bəyanatın tam mətninin daha sonra dərc olunacağını qeyd edib.

Şimali Afrika respublikasının diplomatik demarşı rəsmi Parisin əlcəzairlilərə verilən viza sayını yarıya endirmək qərarının səbəb olduğu böhran fonunda baş verir.

Əlcəzair prezidenti Əbdülməcid Təbbun isə bildirib ki, Parisdəki səfirin geri çağırılması qərarı Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz açıqlamalarından sonra verilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top