Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini həbs edildi

REGİON 02 okt 2021, 23:15
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib.

Stepan Qalstyan haqqında iki ay müddətinə həbs qərarı qəbul edilib.

Xatırladaq ki, buna qədər Ermənistan Milli Təhlükəsizlik Xidməti S.Qalstyanın Silahlı Qüvvələr üçün nəzərdə tutulmuş tədarük prosesində külli miqdarda mənimsəmə və sui-istifadə halları ilə əlaqədar saxlandığını açıqlamışdı.

Eyni ittihamla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və tədarükçü şirkət rəhbəri David Qalstyan da həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top