Salyanda şəhid Səfa Qaraxanovun xatirəsi yad edildi — FOTO

GÜNDƏM 02 okt 2021, 10:09
44 günlük qəhrəmanlıqlarla dolu Vətən müharibəsinin ilk günlərində şəhid olanlardan biri də Salyan rayonunun Xalac kənd sakini Səfa Qaraxanovdur.

Digər iki qardaşı ilə bərabər erməni faşistlərinə qarşı döyüşə atılan bu qəhrəman övladımız igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb.

2020 - ci ilin oktyabrın 1 - də şəhid oldu. Salyan rayon icra başçısı Sevindik Hətəmovun, onun müavinlərinin və hüquq mühafizə orqanlarının rəhbərlərinin, çoxsaylı soydaşlarımızın iştirakı ilə Səfa Qaraxanovun il mərasimində iştirak etdik, onun məzarı ziyarət olundu, ruhuna dualar oxundu və məzarı önündə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimizin göstərdiyi rəşadət və qəhrəmanlıq haqqında xoş fikirlər səsləndi.

Ərazi bütövlüyümüzün bərpası, erməni işğalçılarına qarşı döyüşlərdə vuruşub həlak olan həm I Qarabağ həm, də II Qarabağ müharibəsində şəhid övladlarımızın ruhuna rəhmət dilədik.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top