Neçə prokurorluq işçisi vəzifəsindən azad edilib, neçəsinə töhmət verilib? — Baş prokurordan açıqlama

SOSİAL 01 okt 2021, 08:58
“Baş Prokurorluğun yenilənmiş strukturunda birbaşa baş prokurora tabe olmaqla prokurorluq işçiləri barəsində icra və əmək intizamının, etik davranış, maraqlar toqquşmasının qarşısının alınması, şəffaflıq və korrupsiyaya qarşı mübarizə qaydalarının pozulması ilə əlaqədar yoxlama aparan Xidməti araşdırmalar idarəsinin fəaliyyəti xüsusi önəm daşıyır”.

Bu  barədə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev rəsmi mətbuata müsahibəsində bildirib.

“Təəssüflə qeyd olunmalıdır ki, ötən peşə bayramından keçən müddət ərzində həmin idarə tərəfindən 55 prokurorluq işçisi barəsində aparılmış xidməti yoxlamalarla öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 39 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 5 nəfər vəzifədən azad olunmaqla 24 nəfərə töhmət və ya şiddətli töhmət, 10 nəfərə sair intizam tənbehi tədbiri tətbiq edilmiş, həmçinin intizam məsuliyyətinə əsas verməyən pozuntular törətmiş digər əməkdaşların fəaliyyəti müvafiq qurumlarda müzakirə edilməklə nöqsanların təkrarlanmaması istiqamətində zəruri tədbirlər görülmüşdür”, - deyə Kamran Əliyev vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top