Sarkozi azadlıqdan məhrum edildi

DÜNYA 30 sen 2021, 18:59
Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib.

Sabiq dövlət başçısı mart ayında artıq korrupsiya və nüfuzdan sui-istifadə ittihamı ilə məhkum edilmişdi. Hazırda isə o, “Bigmalion işi”ndə ittiham olunur (Sarkozinin prezidentlik kampaniyasını müşayiət edən kommunikasiya agentliyinin adı belə idi).

Araşdırmalara görə, məhz “Bigmalion”un köməyi ilə keçmiş prezidentin partiyası kampaniya xərclərini gizlətməyə kömək edib. Nəticədə 43 milyon avro xərclənib ki, bu da qanunla icazə verilən məbləğdən iki dəfə çoxdur.

Məhkəmə Sarkozini bir il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını elektron müşahidə altında evdə oturmaqla çəkəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top