Salyanda şəhid Hüseynağa Balıyevin xatirə bulağının açılışı olub — FOTO

SOSİAL 30 sen 2021, 17:00
30 sentyabr 2021-ci il tarixində Salyan şəhərində Vətən müharibəsi Şəhidi mayor Balıyev Hüseynağa Salman oğlunun adına tikilmiş xatirə bulağın açılışı olub.

Xatirə bulağın açılışı zamanı ilk öncə dövlət himni səsləndirilmiş , şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək bildirmişdir ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilir. Şəhidlər azadlıq carçısı, əbədiyyət yolçusudurlar. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinmir, müqəddəs ruhları insanları daha parlaq gələcəyə, qələbədən-qələbəyə, zəfərdən-zəfərə aparır. Şəhidlər bizə həqiqət, ədalət, qəhrəmanlıq, mübarizlik yolunu göstərir.

Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov çıxış edərək bildirmişdir ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Sonra Milli Qəhrəman Polad Həşimovun qardaşı İlham Həşimov çıxış edərək qeyd etmişdir ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi kimi yaddaşlarda qalacaq. Vətən müharibəsində qəhrəman ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu .Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı.

Sonra Vətən müharibəsi Qəhrəmanı həmyerlimiz Səfər Qurbanov çıxış edərək bildirdi ki, danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida ” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq.

Sonra şəhər 8 saylı tam orta məktəbin hərbi rəhbəri , Qarabağ Qazisi Zamiq Əsgərov çıxış edərək bildirdi ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Onların hər biri haqqında nə qədər yazılsa belə, yenə azdır. Çünki Vətən oğulları 1988-ci ildən bəri işğala məruz qalan yurd yerlərimizi böyük qəhrəmanlıq və şücaət göstərərək erməni faşistlərindən azad etməyi bacardılar. Bu qələbə həm də Azərbaycan gəncliyinin bizlərə böyük hədiyyəsi oldu.
Sonra ən gənc Vətən müharibəsi Qəhrəmanı Vüsal Yaqubov , Xüsusi Təyinatlı Qüvvələrin Kapitanı şəhid Kamil Şirinovun atası Əliş Şirinov , Aprel döyüşləri Qazisi Əhliyyət Mehdiyev , şəhid mayor Balıyev Hüseynağanın bibisi oğlu polkovnik-leytenant Rəşad Hüseynov və şəhidin ailə üzvləri , qohumları çıxış edərək , şəhidimizin keçdiyi döyüş yolundan bəhs edərək , onun qəhrəmanlığının hər kəsə örnək olduğunu qeyd etdilər.Sonda şəhid mayor Balıyev Hüseynağanın məzarı ziyarət olundu , önünə gül dəstələri qoyuldu və şəhidimizin ruhuna dualar oxundu.
Bir 11 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 10 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 16 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top