Parlamentdə məsələ qaldırıldı: “Bu dərmanların ölkəyə gətirilməsi təhlükəlidir”

SOSİAL 30 sen 2021, 13:08
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarı Musa Quliyevin dərman preparatları ilə bağlı çıxışına münasibət bildirib.
 
Modern.az xəbər verir ki, Əhliman Əmiraslanov Musa Quliyevin fikirləri ilə razı olmadığını deyib:
 
"Hər hansısa ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının qeyd-şərtsiz ölkəyə gətirilməsi və satışa çıxarılması təhlükəli məsələdir. Hər bir ölkənin özünün dərman siyasəti var. İcra hakimiyyətinin icazə vermədiyi dərman preparatlarının ölkəyə gətirilməsi çox təhlükəli vəziyyət yaradar. Bu işdə çox ehtiyatlı, təmkinli olmalıyıq. Götür-qoy edib bu məsələnin həllini tapmalıyıq”.
 
Sədr Sahibə Qafarova isə Ə.Əmiraslanov və M.Quliyevin bu məsələ ilə bağlı birgə müzakirələr aparmalarını təklif edib:
 
“Əgər ehtiyac yaranarsa, bunununla əlaqədar dinləmələr də keçirilə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top