"Murovdağın ən yüksək zirvəsinə Ali Baş Komandan İlham Əliyevin adı verilsin" — TƏKLİF

SİYASƏT 30 sen 2021, 12:33
“Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində xüsusi və əvəzedilməz rolu var”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda yüksəkliklər var ki, onlara hərbçilərin, birləşmələrin adı verilməlidir: “Azad edilən ən yüksək zirvə isə Murovdağ silsiləsindədir. Həmin yüksəkliyə isə Ali Baş Komandan İlham Əliyevin adı verilsin. Milli Məclis isə bu təkliflə çıxış etsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top