Metrolarda "COVID-19" pasportu tələb olunacaqmı? — VİDEO

SOSİAL 29 sen 2021, 23:33
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları da sərnişindaşıma fəaliyyəti göstərəcək.

Qatarların hərəkət cədvəli 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub.

Bakı Metropoliteni QSC-nin Hərəkət Xidmətinin rəisi Elxan Məmmədov mövzu ilə bağlı sualları cavablandırıb. 

O bildirib ki, digər günlərdə olduğu kimi həftə sonu da metro saat 06:00-dan gecə saat 12-ə kimi fəaliyyət göstərəcək.

Xidmət rəisinin sözlərinə görə indiki məqamda sərnişinlərdən "COVID" pasportunun yoxlamaq qeyri-mümkün olar. Onun sözlərinə görə, müxtəlif qurumlarda, həmçinin ali təhsil müəsisələrində "COVID" sənədi yoxlandığı üçün metropolitendə bu yoxlamalara ehtiyac yoxdur.

Daha ətraflı Baku TV-nin süjetində:

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top