Ukraynalı jurnalistlər Ağdama səfər etdi — FOTOLAR

DİASPOR 29 sen 2021, 22:02
Dünən Ukraynanın bir qrup media nümayəndəsinin  işğaldan azad edilmiş Ağdam rayonuna səfəri baş tutub.
 
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, Onlar Ağdamdakı Axaxa imarəti, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi və Qiyaslı məscidini  ziyarət ediblər.
 
Ermənilərin 30 illik işğal müddətində Ağdam şəhərinə vurduqları ziyan barədə ukraynalı jurnalistlərə səfər çərçivəsində  məlumat verilib və ciddi faktlar göstərilib.
 
Əcnəbi media nümayəndələri öz gözləri ilə  burada törədilən dağıntıların şahidi olublar.
 
Daha sonra media üzvlərinə yaxın gələcəkdə şəhərdə aparılacaq yenidənqurma və bərpa işləri haqqında ümumi məlumat verilib.
 
Qeyd edək ki, Ağdam rayonu 2021-ci il 20 noyabr tarixində Azərbaycanın rəşadətli ordusunun sayəsində erməni işğalından azad olunub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top