SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Şabranda baş tutacaq

SOSİAL 01 iyul 2025, 10:00
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Şabran rayonunda vətəndaş qəbulu 03 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top