Anım Günü ilə əlaqədar Vahid Əhmədov Quba rayonunda keçirilmiş tədbirlərdə iştirak edib — FOTO

SOSİAL 28 sen 2021, 12:34
27 Sentyabr - Anım Günü ilə əlaqədar Millət vəkili Vahid Əhmədov Quba rayonunda keçirilmiş müxtəlif tədbirlərdə iştirak edib.
 
Şəhidlərimizin xatirəsinə ağaclar əkilmiş,Quba rayonunun Şəhidlər Xiyabanında şəhid ailələri və qazilərin iştirakı ilə toplantı keçirilmiş, saat 12:00-da 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilmişdir. Toplantıda şıxış edən Milli Məclisinin deputatı cənab Vahid Əhmədov 44 günlük Vətən müharibəsində Qubalı əsgər və zabitlərin şücaətindən danışmış,şəhidlərimizi böyük ehtiramla yad etmiş,dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
 
Millət vəkili gün ərzində Şəhidlər Xiyabanında və rayonun digər ərazilərində keçirilən tədbirlərdə də iştirak edib.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top