Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı

SOSİAL 27 sentyabr 2021, 13:03
Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Müalicə aldığı "Yeni Klinika"dan "Report"a bildirilib ki, jurnalistin vəziyyətində dəyişiklik yoxdur.

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top