Ukraynadakı “Azərbaycanska” və “Bakinska” küçələri niyə baxımsız vəziyyətdədir? — VİDEO

GÜNDƏM 23 sentyabr 2021, 17:10
Ukraynada “Azərbaycanska” və “Bakinska” adlandırılan küçələr var.

Küçələrin baxımsız vəziyyətdə olması Baku TV-nin araşdırması ilə məlum olub.

“Bakinska” küçəsi Kiyevin Şevçenski rayonunda yerləşir. 1955-ci ildə Bakının şərəfinə adlandırılan küçə təxminən bir kilometr uzunluğundadır və hazırda bərpa olunmağa ciddi ehtiyacı var.

Səkiləri dağıdılan küçədə yalnız iki yerdə “Bakinska” yazılan lövhəyə rast gəlmək olur.

Eyni mənzərə Kiyevin Dnerperovski rayonunun kənarında yerləşən “Azərbaycanska” küçəsində də müşahidə olunur.

2001-ci ildən ölkəmizin adını daşıyan bu küçədə infrastruktur köhnəlib, natəmizlik baş alıb gedir.

Daha ətraflı Baku TV-nin süjetində:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top