Mingəçevirdə biabırçılıq: Qadınlar saçyolduya çıxdılar — Şok təfərrüat

HADİSƏ 21 sen 2021, 13:45
Mingəçevir şəhərində 1988-ci il təvəllüdlü Sevda rəfiqəsi olmuş Validəyə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sevda keçmiş rəfiqəsi Validənin yaşadığı mənzilinə gedib, ondan nə səbəbə görə barəsində xoşagəlməz və nalayiq ifadələr işlətdiyini soruşub. 

Bununla bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Validənin sifət nahiyəsinə bir dəfə şillə ilə, həmçinin ağız nahiyəsinə bir dəfə dizi ilə vurub.

İstintaq orqanı tərəfindən Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevda ona elan olunmuş ittiham üzrə təqsirli bilib. O, bildirib ki, Validə onun keçmiş rəfiqəsidir, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur: “2019-cu ilin avqustundan Validəni tanımışam. Həmin vaxtdan da dostluq etmişik. Lakin 2020-ci ilin fevralında tanışlarımdan Validənin haqqımda şər, böhtan xarakterli məlumatlar danışdığını eşitdim. Bu səbəbdən Validə ilə münasibətimi kəsdim”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin martında istirahət etmək üçün Türkiyə Respublikasına gedib: “Avqustun 17-də Türkiyə Respublikasından Mingəçevirə gəldim. Validəgilə getdim, ondan nə səbəbə barəmndə əxlaqsız sözlər danışdığını soruşdum. Cavabında isə Validə məni təhqir etdi. Əsəbləşdiyimdən Validənin sifət nahiyəsinə bir dəfə vurdum. Validə həmin vaxt saçımdan tutdu. Mən də onun saçından tutaraq aşağı dartdım və dizim ilə bir dəfə onun ağız nahiyəsinə vurdum. Bundan sonra qonşular gəldiyindən oradan getdim”. 

Zərərçəkmiş Validə ifadəsində Sevda tərəfindən döyüldüyünü, bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini deyib. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib. 

Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Sevdanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top